...

Bakı sürücülərinin "Dərnəgül yolu" dərdi bitmək üzrədir (VİDEO)

Cəmiyyət Materials 17 Dekabr 2014 16:24 (UTC +04:00)
Bakının Ziya Bünyadov prospekti (keçmiş Dərnəgül) yaxın günlərdə tam istismara veriləcək.
Bakı sürücülərinin "Dərnəgül yolu" dərdi bitmək üzrədir (VİDEO)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir İlkin İzzət/

Bakının Ziya Bünyadov prospekti (keçmiş Dərnəgül) yaxın günlərdə tam istismara veriləcək. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyevin sözlərinə görə, Bakının Ziya Bünyadov prospektindəki əsas yolda nəqliyyatın hərəkəti tam bərpa olunub: "Hazırda istər 20 Yanvar dairəsindən, istərsə də "Qələbə" kinoteatrının qarşısındakı dairədən Böyük Şor yol qovşağı istiqamətində və əks tərəfə nəqliyyatın normal, fasiləsiz hərəkəti təmin olunub".

Mətbuat katibi qeyd edib ki, hazırda köməkçi yollarda son tamamlama işləri aparılır: "Əsas yolda yolun xətlənməsi, yol nişanlarının və lövhələrin quraşdırılması başa çatdırılıb. Yalnız bəzi yerlərdə köməkçi hissələrdə xətlənmə işləri aparılmalıdır. Yaxın günlərdə həmin işlər də bitəndən sonra prospekt tamamilə istismara veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti