...

BDU-nun mətbuat katibi birinci oldu (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2014 14:32 (UTC +04:00)
Ötən gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft məktəbində “Media və təhsil dialoqu” mövzusunda konfrans keçirilib.
BDU-nun mətbuat katibi birinci oldu (FOTO)

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

Ötən gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında və Bakı Ali Neft məktəbində "Media və təhsil dialoqu" mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, konfransda Təhsil Nazirliyinin nümayəndələri, ali məktəblərin mətbuat xidmətlərinin və media qurumlarının rəhbərləri iştirak ediblər.

Konfransda media ilə yaxşı işləyən bir neçə mətbuat xidməti rəhbərləri təhsil nazirinin müavini Ceyhun Bayramovun imzası ilə diplomla təltif olunublar.

Təltifçilər arasında təhsil sahəsində həyata keçirilən islahatların ictimaiyyətə daha dolğun çatdırılması və media ilə fəal əməkdaşlığa görə Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova da var.

Qeyd edək ki, nazirliyin "Universitet saytları: Hörümçək torunda haradasınız?" mövzusundakı təqdimatında ali məktəblərin veb-resursları və virtual aləmdəki fəaliyyəti ilə bağlı aparılan monitorinq iştirakçılara təqdim edilib və hər iki kateqoriya üzrə ilk yer Bakı Dövlət Universitetinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti