Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu olub.
Ali Məhkəmədən Trend-ə bildiriblər ki, Plenumda "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verilib.
Bununla bağlı qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təkliflər verilməsi haqqında qərar qəbul edilib.