...

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Cəmiyyət Materials 30 Dekabr 2014 16:11 (UTC +04:00)
TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2015-ci il münasibətilə Sizi təbrik edir!
Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND-in Yeni il təbriki

Azərbaycan, Bakı, 30 dekabr /Trend/

TREND İnformasiya Agentliyi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni 2015-ci il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhval-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin! Ən əsası, həyatda nikbinlik və yaxşı əhval-ruhiyyə Sizi tərk etməsin! Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Uzun illər ərzində Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND İnformasiya Agentliyi tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımıza mütəmadi daxil olanlara dərin təşəkkürünü bildirir!

Biz Sizə 2015-ci ildə xeyli sayda xoş xəbərləri ilk olaraq çatdırmağa şad olacağıq!

Sizə, doğmalarınıza və yaxınlarınıza cansağlığı və firavanlıq arzulayırıq. Bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti