...

Bakı metropolitençiləri Kanadada təcrübə keçəcəklər (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2015 12:17 (UTC +04:00)
“Bakı Metropoliteni”nin Təlim-tədris mərkəzinin ilk müdavimləri Kanadanın Toronto şəhərində təcrübə keçəcəklər.
Bakı metropolitençiləri Kanadada təcrübə keçəcəklər (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir İlkin İzzət/

"Bakı Metropoliteni"nin Təlim-tədris mərkəzinin ilk müdavimləri Kanadanın Toronto şəhərində təcrübə keçəcəklər. Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

"Bakı Metropoliteni" QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzinin ilk müdavimləri artıq Kanadanın Toronto şəhərindədirlər. 6 metropolitençidən ibarət mütəxəssis heyəti Fransanın "Thales SA" şirkətlər qrupuna daxil olan "Thales Kanada"da 3 həftəlik təcrübə keçəcəklər.

N.Paşayev qeyd edib ki, Fransanın "Thales SA" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq "Bənövşəyi xətt"ə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition - dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi məqsədilə ilk tədris "Bakı Metropoliteni" QSC-nin təlim-tədris mərkəzində aparılıb. Fransız mütəxəssislərin iştirakı ilə aparılan kurslar daha sonra İstanbulda davam etdirilib. Türkiyədəki 3 həftəlik tədrisdən sonra metropolitençilər indiyə qədər yiyələndikləri təcrübələrinin Torontoda əyani tətbiqini həyata keçirəcəklər: "Bununla da 3 mərhələdən ibarət tədris prosesi başa çatdırılacaq. Kurslarda əldə edilən biliklərdən metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti