...

Növbə Sumqayıtındır

Cəmiyyət Materials 15 Yanvar 2015 18:26 (UTC +04:00)
Sabah Sumqayıt şəhərində içməli su olmayacaq.
Növbə Sumqayıtındır

Azərbaycan, Bakı, 15 yanvar /Trend/

Sabah Sumqayıt şəhərində içməli su olmayacaq.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində magistral su xətlərində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 16 yanvar 2015-ci il tarixdə gün ərzində Sumqayıt şəhərinin 1, 2, 6, 11, 13-cü mikrorayonlarına, 4, 5, 17 və 45-ci məhəllələrinə, həmçinin Corat qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti