...

Səhiyyə Nazirliyi dərmanların içlik vərəqələrində səhvlərin aşkarlanmasına münasibət bildirdi

Cəmiyyət Materials 30 Yanvar 2015 13:05 (UTC +04:00)
Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəyə gətirilən dərmanların içlik vərəqələrində Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən aparılan monitorinq zamanı bəzi səhvlərin aşkarlanmasına münasibət bildirib.
Səhiyyə Nazirliyi dərmanların içlik vərəqələrində səhvlərin aşkarlanmasına münasibət bildirdi

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir İlhamə İsabalyeva/

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev ölkəyə gətirilən dərmanların içlik vərəqələrində Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutu tərəfindən aparılan monitorinq zamanı bəzi səhvlərin aşkarlanmasına münasibət bildirib.

Trend-in məlumatına görə, E.Ağayev jurnalistlərə deyib ki, bu səhvlər əsasən terminologiya məsələləri ilə bağlıdır: "Bu, bir az dar sahədir. Bəzi tibbi terminologiya məsələri var ki, dilçilər onu bilmirlər. Bu məsələdə onlarla ortaq məxrəcə gəldik. Bu məsələ terminologiya ilə bağlı olduğuna görə bizim mütəxəssislər tərəfindən də içlik vərəqələri yoxlanılır".

Nazir müavini bildirib ki, dərman preparatlarının içlik vərəqələri 99 faiz hallarda bir-bir yoxlanılır: "Әfsuslar olsun ki, bəzi hallarda yoxlamadan keçməyən içlik vərəqələri də dərman preparatlarının içərisinə düşə bilir. Buna qarşı addımlar atılır. Yəqin ki, gələcəkdə bu hallar olmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti