...

Bakı müəllimləri üçün yeni imkan

Cəmiyyət Materials 2 Fevral 2015 15:39 (UTC +04:00)
Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı təklif edir.
Bakı müəllimləri üçün yeni imkan

Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün "Təməl" təqaüd proqramı təklif edir.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, müsabiqə əsasında seçiləcək müəllimlər "Təməl" təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. 16 həftəlik təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu və İKT savadlılığı mövzularında yeni yanaşmalarla tanış olacaqlar.

Təlim keçənlər yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara sertifikat və təlim resursları təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti