...

Azərbaycanda avtomobil yollarının canlı aləmə təsiri öyrənilir

Cəmiyyət Materials 13 Fevral 2015 15:13 (UTC +04:00)
Azərbaycanda magistral avtomobil yollarının biosferə təsirinin öyrənilməsinə başlanılıb.
Azərbaycanda avtomobil yollarının canlı aləmə təsiri öyrənilir

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda magistral avtomobil yollarının biosferə təsirinin öyrənilməsinə başlanılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, tədqiqat işləri Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunda aparılır.

Tədqiqatlar zamanı magistral yollardan keçən avtomobillər vasitəsilə ətraf mühitə nə qədər tullantının atıldığı, bu tullantıların bitki örtüyünün üzərini örtməsi, bitki ilə torpağa qarışma vəziyyəti öyrəniləcək. Layihənin icrası zamanı ərazidəki səs-küyün də xüsusi cihazlarla ölçülməsi nəzərdə tutulur.

Layihənin 1 il 6 ay ərzində yekunlaşması nəzərdə tutulur. Layihə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçiirlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti