Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Allahşükür Paşazadə: Azərbaycanda məzhəblər arasında fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda məzhəblər arasında təqvim məsələsi ilə bağlı fikirayrılığından istifadə etmək istəyən düşmənlər çoxdur. Trend xəbər verir ki, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə QMİ-də İran Təqvim Şurasının üzvləri ilə keçirilən görüşdə deyib.

QMİ sədri bildirib ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri var, əsasən isə İslam dininin şiə və sünni məzhəblərinin nümayəndələri yaşayır. Dünyanın bir çox yerlərindən fərqli olaraq, bu məzhəblərin nümayəndələri eyni məsciddə namaz qalırlar. Lakin iftar, imsaq kimi məsələlərlə bağlı məzhəblər arasında razılığa gəlinməsinə ehtiyac var: "İnanıram ki, alimlərimizin də iştirakı ilə ümumi rəyə gələ biləcəyik. Azərbaycanın müstəqil dövlət kimi Şamaxı Astrofizika Rəsədxanası var və təqvim məsələsini özümüz təyin edəcəyik. Bu məsələdə sizin də dəstəyiniz lazımdır".

Şeyxülislam qeyd edib ki, Azərbaycanda 35 faiz sünni, 65 faiz isə şiə məzhəbinə mənsub insanların yaşadığı ehtimal edilir və məzhəblər arasında yaxınlaşma üçün bu cür görüşlərin keçirilməsinə ehtiyac var: "Fikirayrılığı yaradan məsələlər barədə din adamları bir qərara gələ bilmirlər, ona görə də elmi nəticələrdən istifadə etməyə zərurət var. Azərbaycanda Şamaxı Astrofizika Rəsədxanası var və QMİ dini təqvimləri müəyyən etmək üçün bu rəsədxana ilə əlaqə saxlayır. Biz türkiyəli mütəxəssislərin də rəylərini öyrənmişik. İrandakı alimlər də bizə kömək edib. Dünən və srağagün də təqvimlərlə bağlı Şamaxı Rəsədxanasında görüşlər keçirilib".

Görüşdə iştirak edən İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib ki, bu məsələdə İran tərəfi öz yardımını etməyə hazırdır: "Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qirinin rəhbərlik etdiyi İran Təqvim Şurasının üzvləri bu məsələdə Azərbaycana kömək etməyə hazırdırlar. Bu işlər iki ölkə arasında münasibətlərin nə qədər dərin olduğunu göstərir".

Tehran Universitetinin Geofizika İnstitutunun direktoru Fərhəng Əhmədiyyə Qiri və İran Təqvim Şurasının üzvü, Tehran Universitetinin müəllimi Ehsan Təvvabi də qeyd ediblər ki, onlar bu məsələdə Azərbaycanla sıx əməkdaşlıq etməyə və lazım olan kömək və dəstəyi göstərməyə hazırdırlar.

F.Ə.Qiri deyib ki, iki gün ərzində Şamaxı Rəsədxanasında Azərbaycanın din xadimləri ilə səmərəli müzakirə aparılıb: "Tehran Universitetinin Geofizika İnstitutu ölkədə dini təqvimin hazırlanması üzrə əsas qurumdur. Hazırladığımız dini təqvimlər İranda həm sünni, həm də şiə məzhəbi tərəfindən müsbət qarşılanır. İranda hər hansı şəhərdə təqvimlə bağlı anlaşılmazlıq baş verəndə o şəhərə gedirik və şəhərdəki yerli din xadimləri ilə müzakirə apararaq birgə qərara gəlirik".

Onun sözlərinə görə, onlar Şamaxıda olarkən üç iclas keçiriblər: "İranda təqvim vaxtının hesablanması ilə bağlı meyarları təqdim etdik. Biz təqvim vaxtını müəyyən edən zaman ehtiyat vaxtını müəyyən etmirik, bunu ibadət edən insanın öhdəsinə buraxırıq. Şamaxıda ikinci iclas yeni ayın təyin edilməsi ilə bağlı idi. İclasda tərəfimizdən ən müasir texnologiya ilə yeni ayın görünməsinin təyin edilməsi barədə məlumat verildi. Biz bu məsələlərdə azərbaycanlı qardaşlarımızla əməkdaşlıq etməyə hazırıq. Azərbaycanlı həmkarlarımız da bu sahədə fəaliyyətləri ilə bağlı bizə məlumat verdilər".

Qonaqlar QMİ sədrini bu il Tehranda keçiriləcək və təqvim məsələlərinə həsr olunacaq beynəlxalq konfransa dəvət ediblər.

Görüşdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev Rəsədxana və dini təqvimin müəyyənləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib: "Dini təqvimin müəyyənləşdirilməsi üçün tətbiq edilən metodlar arasında ciddi fərq yoxdur. Bizim aramızda belə görüşlər çox keçirilməlidir".

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə QMİ-nin Qazılar Şurasının ötən il oktyabrın 23-də keçirilən iclasında bəyan etmişdi ki, bundan sonra Azərbaycanda dini bayram günləri ilə bağlı fitvalar, o cümlədən namaz vaxtları yalnız Şamaxı Astrofizika Rəsədxanasının rəyi əsasında veriləcək və təyin ediləcək: "Fitva veriləndə nə sünnilik olacaq, nə şiəlik. Bizə tam dəqiq şəkildə ayın nə vaxt çıxması, namazın vaxtları, Ramazan və Qurban bayramı günləri ilə bağlı ayın görünməsi vaxtları deyiləcək. Biz də onun əsasında fitva verəcəyik".

QMİ sədri həmçinin bəyan etmişdi ki, bundan sonra Azərbaycanda hansı din xadimi xaricdən gələn təqvimlə işləyəcəksə, onlar cəzalandırılacaq: "Kənardan gələn heç bir təqvim qəbul olunmamalıdır. İstər İran, istər Türkiyə, istərsə də Suriyadan və s. gəlsin. Məscidlərdə azanlar eyni vaxtda verilməlidir. Əgər kimsə əməl etməsə, QMİ onlar barəsində ölçü götürəcək".

Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
“AccessBank” tender elan edir
“AccessBank” tender elan edir
BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar
BirKart sahibləri taksit əməliyyatından 20 AZN hədiyyə qazanacaqlar
Loading Bars
Xəbər lenti
"Twitter"in qurucusunun ilk paylaşımının qiyməti onlayn-hərracda 2 milyon dollara çatıb
Fransada ötən sutka koronavirusa 23 mindən artıq yoluxma qeydə alınıb
Tramp respublikaçılara onun adından istifadə edərək vəsait toplamağı qadağan etdi
Çexiyanın sabiq prezidenti koronavirusdan sağalıb
İtaliya Çempionatı: "Yuventus" "Latsio"nu məğlub etdi
Britaniyada koronavirusa yoluxanların sayı 4,21 milyon nəfəri ötüb
Maduro koronavirusa qarşı peyvənd olundu
Mingəçevir Dövlət Universitetində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Türkiyədə koronavirusdan sağalanların sayı 2,61 milyon nəfəri ötüb
Dünyada ötən sutka koronavirusa 353 mindən çox yoluxma qeydə alınıb - ÜST
Xarici diplomatlar və hərbi attaşelər Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar (FOTO)
Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı
Erməni vandalları Azərbaycanın ekologiyasına ciddi ziyan vurublar (FOTO)
Direktorluğa qəbul üzrə imtahan texniki nasazlıqla əlaqədar təxirə salınıb
Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
"Buta Airways" Kiyevə uçuşları bərpa edəcək
Dalay Lama koronavirusa qarşı peyvənd olundu
Lənkəranda birmərtəbəli ev yanıb
Bu səfərlər əsnasında əcnəbi diplomatlar erməni cinayətlərinin ağır nəticəsini öz gözləri ilə görürlər - Cəlil Xəlilov
Yeni Zelandiya sahillərində 6,2 bal gücündə zəlzələ olub
İndoneziyada bir sutkada koronavirusa 5 767 yoluxma qeydə alınıb
Dağlıq Qarabağdakı işğala son qoymaq başda olmaqla atdığımız bütün addımları uğurla başa vurduq - Ərdoğan
"Air France"ın təyyarəsi Sofiyada təcili eniş edib
“Siyasi dialoqda qadınların rolu” mövzusunda görüş keçirilib (FOTO)
AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi - Deputat
Qadınların məşğulluq imkanlarının genişləndirilməsi üçün qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
Azərbaycanda 353 nəfər COVID-19-a yoluxub, 149 nəfər sağalıb, 3 nəfər vəfat edib
AQTA 23.760 kq sümüksüz dondurulmuş hind quşu məhsulunu məhv edib
Tərtərdə oğurluq edən şəxslər saxlanılıb (FOTO)
Bakıda çirkab suların gölə axıdılması faktı aşkar edilib (FOTO)
“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Korporativ Strategiya”sına dair növbəti müzakirələr aparılıb
AzTV daha bir layihəyə start verir
Cəbrayıl rayonunun Papı kəndi (VİDEO)
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
Afrikada yenidən Ebola virusu yayılmağa başlayıb
Finlandiyada seçkilər təxirə salındı
Prezident İlham Əliyev 17 ildə Azərbaycanı müasir, güclü dövlətə çevirdi - Komitə sədri
Polis itkin düşən 2 yaşlı uşağın həyatını xilas edib (FOTO)
İranda ötən sutkada 82 nəfər koronavirusdan ölüb
AQTA ictimai iaşə müəssisələrində nöqsanlar aşkarlayıb - SİYAHI
Yerevanda prezident administrasiyasına və parlamentə doğru yürüş başlayıb
Koçaryan və Sarkisyan kimi canilər Qarabağdakı vəziyyəti əsla dəyişə bilməz – Deputat
Formula 1 üzrə dünya çempionatının yarış cədvəlində dəyişiklik edilib
Siyasi partiyaların YAP-a qoşulması milli birliyimizin nümunəsidir - Naqif Həmzəyev
Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Ermənistanda siyasi gərginlik - Antirusiya meyilləri artır
“Oba” marketdə nöqsanlar aşkarlanıb (FOTO)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir
Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası təsdiqlənib
Bakı sakinləri Biləsuvarda külli miqdarda heroinlə tutuldu
Putinin köməkçisi koronavirusa yoluxub
Azərbaycan, Türkiyə və Türkmənistan arasında üçtərəfli görüş keçiriləcək - Çavuşoğlu
Ötən il etdiyi oğurluqların üstü açılıb
Qadınların məşğulluğu ilə bağlı qanunvericiliyə dəyişiklik layihələri hazırlanıb
ABŞ Səfirliyi 2021-2023-cü İllər üçün Jurnalistika üzrə Magistr Proqramını elan edib
Sabah güclü külək əsəcək
Direktorluğa qəbul üzrə imtahanlar keçirilir (FOTO)
Müdafiə naziri qadınları təbrik edib
Rusiyada son sutkada 441 nəfər koronavirusdan ölüb
Dövlət Neft Fondu dünyanın ən şəffaf suveren fondları siyahısında ilk beşlikdə qərarlaşıb (FOTO)
Ceyhun Bayramov Hafiz Paşayevi təbrik edib
Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın dövləti maraqları ən yüksək səviyyədə qorunur - Baş Qərargah rəisi
Qarabağdakı erməni vəhşiliyinin misli-bərabəri yoxdur - Liviyanin müvəqqəti işlər vəkili
Diplomatik korpus nümayəndələri Füzuli Beynəlxalq Hava Limanın tikintisinin gedişi ilə tanış olublar
Bu günə qədər Azərbaycanda 390 min 489 nəfər peyvənd olunub
Bu günədək DSX-nin 2000-dən artıq hərbi qulluqçusu vaksinasiya olunub
Qubadlıda DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb (FOTO)
Ötən gün Azərbaycanda 24 yanğın qeydə alınıb
Azərbaycan neftinin qiyməti 69 dolları ötüb
YAP-ın yeni yaradılan Veteranlar Şurasının tərkibi məlum olub (SİYAHI)
Zəngilan rayonunun Qaradərə kəndi (VİDEO)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Bir qrup qadın orden və medallarla təltif edilib (SİYAHI)
Azərbaycan qadınlarına fəxri adlar verilib - SƏRƏNCAM
YAP-ın yeni yaradılan Təftiş Komissiyasının tərkibi məlum olub (SİYAHI)
Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edilib (VİDEO)
Kənddən şəhərə yarmarkaları yenidən başlayıb (FOTO)
Roma papası İraq şiələrinin lideri ilə görüşüb
Əcnəbilər üçün Azərbaycan dili üzrə imtahan keçirilib, 3 nəfər keçid balını toplayıb
Qusar sakinlərindən qanunsuz ov tüfəngləri götürülüb
Kolumbiya Səhiyyə Nazirliyi futbol üzrə Braziliya millisinin ölkəyə gəlməsinə qarşıdır
Gəncədə sayğac oğrusu saxlanılıb (FOTO)
Əfv Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfəri başlayıb (FOTO)
Masallıda ikimərtəbəli evdə yanğın olub
Dünya Bankı koronavirus pandemiyası ilə mübarizədə Azərbaycana dəstək göstərə bilər
Məşhur modelyerin mebel və incəsənət kolleksiyası hərraca çıxarılacaq
Bayden İran əleyhinə sanksiyaları 1 il müddətinə uzadıb
"Abivax" koronavirus dərman preparatının sınaqlarını dayandırıb
Yeni Zelandiya sahillərində həftə ərzində üçüncü güclü zəlzələ qeydə alınıb
Bayden xaricdə hərbi gücün istifadəsi siyasətini yeniləməyə razıdır
"Mançester Siti" "Atalanta"nın futbolçusu Qosenslə maraqlanır
Planet roveri "Perseverance" Mars səthində ilk məsafələrini qət edib
İtaliyada 2020-ci ildə ölüm halları 21 faiz artıb
Misirdə mikroavtobus qəzaya uğrayıb, 18 nəfər ölüb
Belçika ölkəyə giriş-çıxış məhdudiyyətlərini uzadıb
Türkiyədə son sutkada koronavirusdan 7 711 nəfər sağalıb
"Muğan Bank"ın filialının binasında yanğın olub
Bütün xəbərlər