...

Azərbaycanda 13 307 nəfər tələbələrin sırasından xaric edilib

Cəmiyyət Materials 16 Fevral 2015 17:43 (UTC +04:00)
1992-2014-cü illər ərzində Azərbaycanda təhsil haqqının ödənilməməsinə, dərsburaxmaya görə və ya öz xahişi ilə xaricedilmələrlə əlaqədar olaraq 13 307 tələbə ali və orta ixtisas məktəblərinin tələbələri sırasından xaric edilib.
Azərbaycanda 13 307 nəfər tələbələrin sırasından xaric edilib

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

1992-2014-cü illər ərzində Azərbaycanda təhsil haqqının ödənilməməsinə, dərsburaxmaya görə və ya öz xahişi ilə xaricedilmələrlə əlaqədar olaraq 13 307 tələbə ali və orta ixtisas məktəblərinin tələbələri sırasından xaric edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, bu müddətdə 1843 nəfər (8 oktyabr 2014-ci il tarixinə qədər) təkrar kursda saxlanılıb, 475 nəfər akademik məzuniyyət (xaricdə təhsil almaq məqsədilə) alıb, 16 962 nəfər ali və orta ixtisas məktəblərinə bərpa edilib, 262 458 nəfər isə diplom alıb.

Eyni zamanda, 9115 tələbə ölkənin ali və orta ixtisas məktəblərinə xarici təhsil müəssisələrindən, 5655 nəfər isə ölkə daxilində bir məktəbdən digərinə köçürülüb.

1992-2014-cü illər ərzində TQDK-nın keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmış 861 767 nəfər, o cümlədən 550 723 nəfər bakalavriat, 40 026 nəfər magistratura səviyyəsi üzrə, 166 678 nəfər tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə, 104 340 nəfər ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbə haqqında məlumat sistemə daxil edilib. Hazırda bazada 886 271 nəfər haqqında məlumat mövcuddur. Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə təhsil almaq istəyən şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbulu hesabınadır. Hazırda sistemə təhsil müəssisəsinin öz qəbulu statusunda 7206 nəfər, xarici təhsil müəssisəsindən köçürülmüş 9117 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 4698 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 3483 nəfər haqqında məlumat daxil edilib.

8 oktyabr 2014-ci il tarixinə qədər təhsil müəssisələri tərəfindən sistemə 386 286 nəfər haqqında, o cümlədən bakalavriat səviyyəsi üzrə 234 920, magistratura səviyyəsi üzrə 27 408, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasından qəbul üzrə 73 072 və ümumi orta təhsil bazasından qəbul üzrə 50 886 nəfər haqqında müxtəlifnövlü məlumatlar daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti