...

Azərbaycanda istehsalatda bədbəxt hadisələrlə bağlı vəziyyət nə yerdədir?

Cəmiyyət Materials 17 Fevral 2015 11:50 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma özünü göstərib.
Azərbaycanda istehsalatda bədbəxt hadisələrlə bağlı vəziyyət nə yerdədir?

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən cari ilin yanvar ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayında azalma özünü göstərib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, ötən ay DƏMX tərəfindən qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz azalaraq 15-ə enib. Eyni zamanda, istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı 50 faiz azalmaqla 10 nəfər təşkil edib. Ötən ilin yanvar ayında istehsalatla əlaqəli qrup halında 4 bədbəxt hadisə baş verdiyi halda, bu ilin yanvar ayında ümumiyyətlə belə hadisə qeydə alınmayıb. DƏMX istehsalatla əlaqəli baş vermiş hər bir bədbəxt hadisə ilə bağlı müvafiq qaydada təhqiqat işləri apararaq, konkret tədbirlər görüb.

İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə Xidmət tərəfindən dövlət nəzarətinin gücləndirilməsinin, həmçinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlər arasında aparılan geniş təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti