...

BDU-nun müəllimləri beynəlxalq təlim proqramında iştirak ediblər (FOTO)

Cəmiyyət Materials 17 Fevral 2015 14:57 (UTC +04:00)
Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə ingilis dili dili kafedrasının əməkdaşları Mənsurə Ağayeva və Zəhra Əhmədova Şotlandiyanın Qlazqo Universitetində TEMPUS-544293-FLEPP (Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində keçirilmiş müəllimlər üçün təlim proqramında (“Teacher Training Program”) iştirak ediblər.
BDU-nun müəllimləri beynəlxalq təlim proqramında iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Bakı Dövlət Universitetinin humanitar fakültələr üzrə ingilis dili dili kafedrasının əməkdaşları Mənsurə Ağayeva və Zəhra Əhmədova Şotlandiyanın Qlazqo Universitetində TEMPUS-544293-FLEPP (Foreign Languages Education for Professional Purposes) layihəsi çərçivəsində keçirilmiş müəllimlər üçün təlim proqramında ("Teacher Training Program") iştirak ediblər.

Universitetdən Trend-ə verilən məlumata görə, təlimlərdə xarici dillərin tədrisi ilə bağlı müxtəlif metodik məsələlər müzakirə olunub, ümumi ingilis dili kursu (EGP) və xüsusi məqsədlər üçün ingilis dili kursu (ESP) arasındakı oxşar və fərqli xüsusiyyətlərə aydınlıq gətirilib, dilin tədrisinə kommunikativ yanaşma məsələsi müzakirə olunub. Qlazqo Universitetinin həm ingilis, həm də digər xarici dil dərslərini müşahidə edən BDU əməkdaşları sonra dərslərin ümumi müzakirəsini qrup halında keçiriblər.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin bütün fakültələrində bir qayda olaraq ingilis dilinin və digər xarici dillərin tədrisinə başlayarkən, ilk olaraq dil bazasını formalaşdıran və mükəmməlləşdirən ümumi xarici dil kursu tədris olunur. Bu kursun tədrisi üçün seçilmiş materiallar tələbələrin dil səviyyəsinə müvafiq olaraq müəyyənləşdirilir. Xarici dillərin tədrisinin növbəti mərhələsində isə peşəkar məqsədlər üçün, yəni ixtisasla bağlı seçilmiş materiallar tədris olunur və tələbələrin bu sahədə dil vərdişləri inkişaf etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti