...

Bakı 2015 Avropa Oyunları avarçəkmə idman növü üzrə könüllüləri işə cəlb edir (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2015 17:34 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Gəncə və Mingəçevirdə avarçəkmə idman növü üzrə könüllüləri işə cəlb edir.
Bakı 2015 Avropa Oyunları avarçəkmə idman növü üzrə könüllüləri işə cəlb edir (FOTO)

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Azərbycan tarixinin ən böyük idman hadisəsi olan Bakı 2015 Avropa Oyunları Gəncə və Mingəçevir şəhərlərində avarçəkmə idman növü üzrə könüllülər proqramını təşviq edir. Bu, ötən ilin noyabr ayında 300-dən çox iştirakçının avarçəkmə tədbirləri üçün ''Alov qoruyanlar'' olaraq Oyunlara qoşulmasından sonra ikinci mərhələ hesab olunur.

Bakı 2015 komandasının icraçı nümayəndələri, o cümlədən Azərbaycanın Respublikası Gənclər və İdman Nazirliyinin rəsmiləri müraciətçiləri gələcək yay keçiriləcək tədbirdə iştiraka həvəsləndirmək və Azərbaycanı dünyaya tanıtmaq üçün Avropa Oyunlarını təqdim etdi.

Təqdimatlar 17 fevral tarixində 100-dən çox tələbənin Avropa Oyunlarında könüllü olaraq iştirak etmək üçün dəvət edildiyi Mingəçevir Gənclər Evində keçirildi. 18 fevral günü isə 300-ə yaxın tələbə Oyunlarla bağlı daha ətraflı məlumatla tanış olmaq üçün Gəncə Dövlət Universitetində toplaşacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: "Bakı 2015 könüllüləri idmançılara, rəsmi nümayəndələrə və izləyicilərə yardım etməklə ilk Avropa Oyunlarının ərsəyə gəlməsi üçün əvəzolunmaz rol oynayırlar. Avropa Oyunları bütövlükdə Azərbaycan üçün böyük əhəmiyyət daşıyır və bu səbəbdən də Mingəçeviri dünya səviyyəli idman şəhəri kimi tanıtmaq üçün yerli könüllülərin yardımına böyük ehtiyac duyuruq".

Mingəçevir özünün su hövzələri ilə tanınır və 14-16 iyun tarixlərində 3 gün böyunca 350-dən çox idmançı Mingəçevir sularında medal uğrunda mübarizə aparacaq. Ümumilikdə isə 12 kayak (qadın və kişilər) və 3 kanoe yarışı (ancaq kişilər) keçiriləcək.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) gələcək yay baş tutacaq tədbirdə mühüm vəzifələr icra etmələri üçün 12000 könüllünü işə cəlb edəcək. Könüllülərə Oyunlar zamanı idmançıları və vəzifəli şəxsləri qarşılama, idman tədbirində çalışma, yaxud KİV nümayəndələrinə yardım kimi imkanlar veriləcək.

Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru Nar Mobile Bakı 2015 Avropa Oyunları Könüllülər Proqramının rəsmi sponsorudur. Nar Mobile 12000 könüllünün Avropa Oyunları ilə bağlı ən son məlumatlarla tanış olması üçün yeni mobil proqram da hazırlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti