...

ADA Universitetinin politoloqu BDU-da mühazirə oxuyub (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2015 11:14 (UTC +04:00)
ADA Universitetinin İctimai və beynəlxalq əlaqələr fakültəsinin dekanı, Dr. Elnur Soltanov BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.
ADA Universitetinin politoloqu BDU-da mühazirə oxuyub (FOTO)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

ADA Universitetinin İctimai və beynəlxalq əlaqələr fakültəsinin dekanı, Dr. Elnur Soltanov BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində olub.

BDU-dan Trend-ə verilən məlumata görə, "Münaqişələrin analizi və onların həlli texnologiyaları" mövzusunda təqdimatla çıxış edən politoloq müasir dövrdə beynəlxalq aləmdə baş verən münaqişələr haqqında danışıb və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durum nəzərdən keçirilib.

Təqdimatın sonunda diskussiya zamanı fəallıq göstərən tələbələr ADA Universiteti tərəfindən mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti