...

Çəkilən yolların hesabatı (VİDEO)

Cəmiyyət Materials 20 Fevral 2015 09:58 (UTC +04:00)
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti ölkə başçısının "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqında sərəncamlarının icrası ilə bağlı gördüyü işlər haqqında məlumat verib.
Çəkilən yolların hesabatı (VİDEO)

Azərbaycan, Bakı, 20 fevral /Trend/

"Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti ölkə başçısının "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqında sərəncamlarının icrası ilə bağlı gördüyü işlər haqqında məlumat verib.

ASC-dən Trend-ə daxil olan məlumatda qeyd olunur ki, hazırda regionun qüdrətli dövlətlərindən birinə çevrilən Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Düşünülmüş, planlı şəkildə həyata keçirilən bu inkişaf strategiyasında nəqliyyat-kommunikasiya kompleksinin, xüsusilə də yol təsərrüfatının məxsusi yeri var. Nəzərə alsaq ki, bu günümüz kimi gələcəyimizin də iqtisadi potensialı, gücü və qüdrəti bu sahənin inkişafı üzərində qurulacaq, elə bu səbəbdəndir ki, həyata keçirilən geniş tikinti-quruculuq işlərindən sonra yol infrastrukturu sürətli yeniləşmə prosesinə qoşulub.

Ölkə başçısının "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci və 2008-2013-cü illər üzrə Tədbirlər Planı"nın təsdiq edilməsi haqında sərəncamlarının icrası məqsədilə paytaxt Bakı şəhərində ötən müddət ərzində irimiqyaslı layihələr sürətlə davam etdirilib. Qısa bir müddətdə tədbirlər planı çərçivəsində paytaxt Bakı şəhərində 70 yolötürücü və tunelin istismara verilməsi nəqliyyat sistemində gərginliyi xeyli yüngünləşdirməklə yanaşı, paytaxtın simasına da möhtəşəmlik gətirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti