...

“Xocalı soyqırımı: “Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2015 11:27 (UTC +04:00)
“Xocalı soyqırımı: “Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirildi.
“Xocalı soyqırımı: “Siyasi-hüquqi qiymətləndirmə prosesində” mövzusunda elmi-praktik konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

20 fevral 2015-ci il tarixində Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində "Xocalı soyqırımı: Siyasi-hüquqi qiymətləndirmə prosesində" mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Millət vəkilləri Siyavuş Novruzov, Mixail Zabelin, Qırğızıstan Respublikasının Respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Aygicit Buranov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Vəli Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru Elman Nəsirov, Bakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərov və rayon ictimaiyyəti iştirak edirdilər.

İlk öncə ulu öndərin büstü önünə gül dəstələri qoydular.

Tədbirə gələn qonaqlar Heydər Əliyev Mərkəzində Xocalı faciəsini əks etdirən rəsm əsərlərindən ibarət guşə ilə tanış oldular.

Xocalı qətliamının dəhşətlərini əks etdirən film nümayiş etdirildi.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov tarixdə analoqu olmayan, ötən əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş Xocalı soyqırımını yalnız soydaşlarımıza deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət kimi səciyyələndirdi. Qeyd etdi ki, Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk praktik təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Bu məqsədlə atılan mühüm addımlardan biri erməni təcavüzü nəticəsində üzləşdiyimiz milli faciələrimizə siyasi-hüquqi qiymətin verilməsi oldu. Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı Günü haqqında"qərar qəbul edildi.
Məhz bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyəti nəticəsində Azərbaycan haqqında əsl həqiqətlər beynəlxalq aləmə çatdırılır, bu istiqamətdə təbliğat və təşviqatın aparılır, erməni vandalizminin bütün gerçəklikləri ilə dünyaya nümayiş olunur.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov öz nitqində Xocalı sakinlərinə qarşı soyqırım aktının Dağlıq Qarabağ bölgəsinin işğalı zamanı Ermənistan Respublikasının həyata keçirdiyi etnik təmizləmə siyasətinin yeni bir mərhələsini təşkil etməsi aşkar bir gerçəklik olduğunu bildirdi. Bu gün dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin nəticəsi kimi dünyanın bir sıra ölkələrində Xocalı faciəsinə soyqırım kimi qiymət verildiyini qeyd etdi.

Millət vəkili Mixail Zabelin Xocalı faciəsi erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifəsi kimi müxtəlif vaxtlarda fərqli şəkildə, xüsusi riyakarlıqla həyata keçirilən bu mənfur siyasətə heç zaman ara verilmədiyini, gah qanlı toqquşmalara səbəb olmuş, gah da dövrün tələblərinə uyğun ideoloji forma ilə pərdələndiyini vurğuladı.

Çıxış edənlər digər natiqlərdə terrorun dininin və milliyətinin olmadığını, erməni millətçiləri tərəfindən törədilmiş Xocalı faciəsini təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı vəhşilik kimi qiymətləndirdilər. Bildirdilər ki, bu gün Xocalı soyqırımının dünya səviyyəsində tanıdılması, hüquqi baxımdan soyqırım kimi qəbul edilməsi, soyqırım faktından onun törədicisi olan Ermənistana qarşı beynəlxalq müstəvidə təzyiq kimi istifadə edilməsi, soyqırımda əsas təşkilatçı və cinayətkarların beynəlxalq məhkəmə tərəfindən cəzalandırılması və sair məsələlər həllini gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti