...

Xocalı Misir mətbuatında

Cəmiyyət Materials 25 Fevral 2015 19:08 (UTC +04:00)
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında dərc edilmişdir.
Xocalı Misir mətbuatında

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı məqaləsi Misirin nüfuzlu və geniş oxucu kütləsinə malik qəzet və internet saytlarında dərc edilmişdir.

Azərbaycanın Misirdəki səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən bərpa etməsi ilə torpaqlarının 20%-nin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, bir milyondan çox qaçqın və köçkünün öz tarixi torpalqarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilmişdir.

Xocalı soyqırımının 26 fevral 1992-ci il tarixində SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədildiyi, 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 dinc sakinin amansızcasına qətlə yetirildiyi, 1000 nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin düşdüyü oxucuların diqqətinə çatdırılmış, soyqırımdan öncə baş vermiş hadisələr və həmin faciənin nəticələri barədə müfəssəl məlumatlar təqdim edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərkən münaqişə ilə bağlı BMT TŞ tərəfindən məlum 4 qətnamənin və digər beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı qərarların qəbul edildiyi və Ermənistan tərəfindən icra edilmədiyi oxucuların diqqətinə çatdırılmışdır. Ermənistanın təkziblərinə baxmayaraq, Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya yayıldığı və bir sıra ölkələrin qanunverici orqanları tərəfindən bu soyqırıma hüquqi və siyasi qiymətin verildiyi, İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin 2-7 fevral tarixlərində Qahirədə keçirilmiş zirvə toplantısında üzv ölkələrin dövlət və hökumət başçılarının Qahirə Yekun Kommunikesində Xocalı soyqırımının insanlıq əleyhinə cinayət adlandırıldığı bildirilmiş və milli və beynəlxalq səviyyədə onun soyqırım kimi tanınması üçün israrlı çağırış etdikləri vurğulanmışdır.

İnsan haqlarının Xocalı soyqırımında iştirak etmiş ermənilər və onların havadarları tərəfindən açıq-aşkar pozulması, "Cenevrə Konvensiyası", "Ümumdünya İnsan Hüquqları Bəyannaməsi", "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt" və "Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə" kimi sənədlərin kobud pozulması məqalədə xüsusilə qeyd edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Beynəxlalq Qanunun normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilərək, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilmiş, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə ümid olduğu vurğulanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti