...

Yapon YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi (FOTO)

Cəmiyyət Materials 27 Fevral 2015 16:40 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Yapon YAP Şuşa rayon təşkilatı Gənclər Birliyinin sədri seçildi (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyindən Trend-ə verilən məlumata görə, konfransı giriş sözü ilə açan Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti uğurlu bəhrəsini verir.

B.Səfərov bildirib ki, Şuşa rayon gəncləri daima dövlətə və dövlətçiliyə olan sadiqliyi ilə seçilib və Azərbaycanın inkişafında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında öz üzərilərinə düşən məsuliyyəti layiqincə icra ediblər.

Sonra YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək III hesabat seçki dövründən keçən müddətdə keçirilən tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra təşkilatın şura üzvləri və gənclər çıxış edərək hesabata öz münasibətlərini bildirib, həmçinin YAP sədri, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə gənclər üçün yaradılan şərait, görülmüş işlər haqqında danışıblar.

Sonra təşkilati məsələlərə baxılıb. Rayon təşkilatının Gənclər Birliyinin 9 nəfərlik şura üzvü, 5 nəfərlik idarə heyəti müəyyənləşib. Konfrans iştirakçılarının böyük əksəriyətinin səs çoxluğu ilə Şuşa rayon Gənclər və İdman məktəbinin direktoru, kikboks üzrə ikiqat dünya çempionu Yapon Hacıyev rayon təşkilatı Gənclər Birliyinin sədri, Namiq Hüseynov isə sədr müavini seçilib.

Sonda konfrans iştirakçıları adından ölkə başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevə müraciət qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti