...

Səhiyyə Nazirliyi bəzi özəl klinikaları cəzalandırdı

Cəmiyyət Materials 4 Mart 2015 12:48 (UTC +04:00)
Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.
Səhiyyə Nazirliyi bəzi özəl klinikaları cəzalandırdı

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısını almaq məqsədilə nəzarəti gücləndirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, son dövrlərdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilib.

Belə pozuntulara yol verdiklərinə görə "Bioloji Təbabət" MMC, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "İdeal Tibb Şirkəti" MMC və "Diaqnoz Tibb Şirkəti" MMC şirkətləri barəsində mövcud qanunvericiliyə və İnzibati Xətalar Məcəlləsinin müvafıq maddəsinə uyğun olaraq cəza növü kimi inzibati-məcburedici tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti