...

Tələbə qızı zorlayan kişini sürüyüb öldürdülər (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 16:11 (UTC +04:00)
Tələbə qızı zorlayan kişini sürüyüb öldürdülər.
Tələbə qızı zorlayan kişini sürüyüb öldürdülər (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Tural Turan/

Tələbə qızı zorlayan kişini sürüyüb öldürdülər.

Trend xarici mətbuata istinadən bildirir ki, hadisə Hindistanın Naqaland bölgəsindəki Dimapur şəhərində yaşanıb. Yerli sakinlərihəmin adamı həbsxanadan çıxararaq onu lüt soyundurub, 7 kilometr məsafədə sürüyüb, ölənədək döyüb və daşqalaq ediblər.

İşlənmiş avtomobillərin satışı ilə məşğul olan bu şəxs ötən ay yerli kollecin tələbələrindən biri olan qızı zorlamaqda təqsirləndirilir.

Öldürülən şəxs 35 yaşlı banqladeşli miqrant Sayed Fərid Xandır. O, fevralın 25-də həbs olunmuşdu.

Yerli polis idarəsinin rəisinin dediyinə görə, həbsxanaya 4 mindən artıq yerli sakin hücum edib: "Sayed Fərid Xan amansızlıqla döyülüb və daşqalaq olunub. O, aldığı yaralardan həlak olub. Karimanc Assam bölgəsindən olan bu adam əvvəllər də təcavüzdə şübhəli bilinmişdi".

Həbsxanaya hücum edən kütləni dağıtmaq üçün polis havaya atəş açıb, gözyaşardıcı qazdan istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti