...

Baş Prokurorluq Bakıda odlu silahla törədilən ölüm hadisəsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 11 Mart 2015 16:42 (UTC +04:00)
Baş Prokurorluq Yasamal rayonu ərazisində odlu silahla törədilən ölüm hadisəsinə aydınlıq gətirib.
Baş Prokurorluq Bakıda odlu silahla törədilən ölüm hadisəsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Baş Prokurorluq Yasamal rayonu ərazisində odlu silahla törədilən ölüm hadisəsinə aydınlıq gətirib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-in sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər 11 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1974-cü il təvəllüdlü Füzuli Qasımovun icarəyə götürdüyü ofisdəki iş otağında odlu silahdan ürək nahiyəsinə açılmış bir atəş nəticəsində ölməsi ilə əlaqədar Yasamal rayon prokuroru, prokurorluğun əməkdaşları, prokuror-kriminalist, məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

E.Sultanov qeyd edib ki, hadisə zamanı qapı içəridən bağlı vəziyyətdə olub. Şirkətin digər əməkdaşları isə iş otaqlarında olublar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin motivləri və baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, bəzi KİV-lərin yazdığına görə, hadisə F.Qasımovun rəhbərlik etdiyi tikinti materiallarının satışı üzrə şirkətin ofisində baş verib.

Yaxınları isə onun intihar etməsinə şübhə ilə yanaşırlar. F.Qasımovun tikinti obyektlərini əsasən sementlə təchiz etdiyi bildirilir. Qeyd edilir ki, onun tərəfdaşlarından biri ilə aralarında maliyyə məsələləri ilə bağlı ciddi mübahisə yaranıb. F.Qasımov tərəfdaşından yaranmış 500 min dollarlıq borcun qaytarılmasını tələb edib. Borcu ala bilməyəndə isə depressiyaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti