Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Bu ilin fevral ayında Azərbaycanda 78 nəfər qidadan zəhərlənib.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə bildirilib ki, bu ilin fevral ayında Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib. Bu müddətdə 2 botulizm hadisəsi qeydə alınıb, nəticədə 3 nəfər zərər çəkib.
Ümumilikdə bu ilin yanvar-fevral ayları ərzində 126 zəhərlənmə hadisəsi baş verib. Nəticədə 170 nəfər qidadan zəhərlənib.
Zəhərlənmə hadisələri əsasən məişət şəraitində baş verib. Ümumilikdə qida zəhərlənmələrinin ümumi sayında kütləvi zəhərlənmələrin payı çox az olub.