16 mart 2015-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə kənd təsərrüfatı yarmarkası təşkil olundu.
Yarmarkanın keçirilməsində məqsəd Novruz bayramı ilə əlaqədar rayon əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının almaqdır.Yarmarkada yaradılan səliqə-sahman, çeşidlərin bolluğu əhali tərəfindən müsbət qarşılandı. Əhalinin kənd təsərrüfatı mallarına olan tələbatını ödəmək məqsədilə keçirilən yarmarkada müxtəlif növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, balıq, toyuq, süd məhsulları, həmçinin Novruz süfrələrinin bəzəyi olan müxtəlif növ və bol çeşiddə çərəzlər satışa çıxarılmışdı. Məhsullar bazar qiymətlərindən orta hesabla 20-30 faiz ucuz satılmışdır.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildirərək, ölkə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.