...

Oqtay Əsədovdan replika: "İnanmıram ki, sənin papağın boş gəlsin"

Cəmiyyət Materials 17 Mart 2015 13:12 (UTC +04:00)
Milli Məclisin iclasında çıxış edən millət vəkili Fazil Mustafa bu gün qeyd olunan ilaxır çərşənbə ilə bağlı fikirlərini bildirib.
Oqtay Əsədovdan replika: "İnanmıram ki, sənin papağın boş gəlsin"

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin iclasında çıxış edən millət vəkili Fazil Mustafa bu gün qeyd olunan ilaxır çərşənbə ilə bağlı fikirlərini bildirib.

Trend-in məlumatına görə, bu bayramda adamların evlərə papaq atmasını qeyd edən F.Mustafa deyib ki, papağa nəsə qoyulacaq evlərin darvazaları, hasarları hündür olduğu üçün onlara papaq atmaq olmur.

Millət vəkilinin çıxışına cavab verən spiker Oqtay Əsədovun reaksiyası isə belə olub: "Siz deyirsiniz ki, indi hasarlar hündürdür. Əvvəllər papağı bacadan da atırdılar. Amma sən hansı qapıya papaq atsan, inanmıram ki, sənin papağın boş gəlsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti