...

Müdafiə naziri hərbi şəhərcikdə aparılan əsaslı tikinti işlərini yoxlayıb (FOTO+VİDEO)

Cəmiyyət Materials 18 Mart 2015 20:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi obyektlərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində hərbi qarnizonlarda aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov yeni tikilən hərbi şəhərcikdə aparılan inşa işlərinin gedişatını yoxlayıblar.

Z.Həsənov ərazinin perspektiv tikinti-quruculuq planına baxıb, inşa işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.

Hərbi şəhərciklərdə zəruri infrastrukturla yanaşı, müasir tələblərə cavab verən, bütün məişət şəraiti ilə təmin edilmiş yataqxana kompleksi də inşa edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti