Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir İlkin İzzət/
Bakının Ziya Bünyadov, Azadlıq və Atatürk prospektlərinin kəsişməsindəki yol ötürücüsündə aparılan təmir işlərindən sonra nəqliyyatın hərəkəti tam təmin olunub.
Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, yol ötürücüsündəki temperatur tikişləri yenilənib. Bu gündən etibarən yol ötürücüsündə nəqliyyatın hərəkəti tam bərpa edilib.