...

Azərbaycanın görkəmli pedaqoqu ilə bağlı poçt markası nəşr olundu (FOTO)

Cəmiyyət Materials 3 Aprel 2015 18:41 (UTC +04:00)
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” sirkəti daha bir poçt markası çap etdirib.
Azərbaycanın görkəmli pedaqoqu ilə bağlı poçt markası nəşr olundu (FOTO)

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi ilə bağlı poçt markası nəşr olunub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" sirkəti daha bir poçt markası çap etdirib.

Trend nazirliyin saytına istinadən məlumat verir ki, növbəti marka Azərbaycanın görkəmli pedaqoqu və elm xadimi Əziz Şərifə həsr edilib.

Poçt markasının üzərində Ə.Şərifin şəkli təsvir olunub. Markanın nominal dəyəri 0,50 manata bərabərdir.

Qeyd edək ki, Ə.Şərif bir çox məqalə, elmi əsər, tənqidi-bioqrafik oçerk və monoqrafiyaların müəllifidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti