Azərbaycan, Bakı, 4 aprel /Trend/
Bakının daha bir küçəsində təmir işləri apaırılır.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, Xətai rayonunun Sadıqcan küçəsində təmir işləri aparılır: "Uzunluğu 1000 metr, eni 14 metr olan Sadıqcan küçəsində köhnə asfalt-beton örtüyü artıq qaşınıb, hazırda yeni asfalt-beton örtüyünün vurulması işləri gedir".
Onun sözlərinə görə, bu gün axşam saatlarınadək küçənin 500 metr məsafəsində işlər yekunlaşacaq.