...

Mərkəzi Bank kreditlərin verilməsinə qoyulan qadağalarla bağlı məsələlərə aydınlıq gətirdi

Cəmiyyət Materials 10 Aprel 2015 12:57 (UTC +04:00)
Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.
Mərkəzi Bank kreditlərin verilməsinə qoyulan qadağalarla bağlı məsələlərə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Azad Həsənli/

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən banklara manatla kreditlərin verilməsinin qadağan olunması ilə bağlı həqiqətə uyğun olmayan və yanlış məlumatlar verilməkdədir.

Mərkəzi Bankdan Trend-ə bildiriblər ki, banklara manatla kreditlərin verilməsinin qadağan edilməsi ilə bağlı hər hansı bir göstəriş verilməyib.

Azərbaycanda fəaliyyət göstərən banklar qanunvericiliyə uyğun olaraq kreditlərin hansı valyutada verilməsini müəyyən etməkdə sərbəstdirlər.

Hazırda banklar həm manat, həm də xarici valyutada kreditləşməni davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti