...

Bakıda tanınmış ticarət mərkəzində zəhərlənənlərin hamısı evə buraxılıb (FOTO) (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 12 Aprel 2015 18:10 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 17:39-da yayılıb)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Bakıda "Metropark" ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib. Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasından Trend-də bildiriblər ki, onların yarısına yerində ilkin tibbi yardım göstərilib.

FHN-DƏN Trendə bildiriblər ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binalardan birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, şöbəyə 15 xəstə daxil olub. Vəziyyətləri orta asırdı. Hamısı böyükdür. Günün sonu evlərinə buraxılacaqlar.

X X X

Şöbə müdiri daha sonra Trendə bildirib ki, xəstəxanaya zəhərlənən lərdən 25 nəfəri daxil olub. Onların hamısı müayinə edildikdən sonra evə buraxılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti