...

Yəməndən azərbaycanlıları gətirən təyyarə Mosvaya enib

Cəmiyyət Materials 13 Aprel 2015 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Yəməndən Rusiya, Azərbaycan və bir sıra başqa ölkələrin vətəndaşlarını təxliyə edən təyyarə bu gün Moskva yaxınlığındakı "Çkalovski" hava limanına enib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 140 nəfər əvvəlcə "Priazovye" gəmisində Yəməndən Cibutiyə aparılıb, oradan isə təyyarə ilə Rusiyaya göndərilib. Təxliyə olunan şəxslər arasında Yəmən, Rusiya, Azərbaycan, Özbəkistan, Ukrayna, Estoniya, Türkmənistan, Belarus və Somali vətəndaşları var.

"Çkalovski"də həmin şəxslər tibbi, pasport və gömrük yoxlamasından keçəcək, daha sonra isə avtobusla Rusiya Xarici İşlər Nazirliyinin təxliyə məntəqəsinə göndəriləcəklər. Rusiya XİN-də onları aidiyyəti olduqları dövlətlərin nümayəndələri gözləyir. Səfərini davam etdirəcək şəxslər Moskvanın müvafiq hava limanlarına aparılacaq.

Bundan əvvəl bildirilmişdi ki, "Priazovye" gəmisi Yəmənin Ədən bölgəsindəki döyüş gedən ərazilərdən 19 dövlətdən 308 vətəndaşı təxliyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti