...

“Böyük İpək Yolu” “İnnovativ əməkdaşlıq imkanları” na start verdi

Cəmiyyət Materials 15 Aprel 2015 12:31 (UTC +04:00)
“Böyük İpək Yolu” “İnnovativ əməkdaşlıq imkanları” layihəsinə start verib.
“Böyük İpək Yolu”  “İnnovativ əməkdaşlıq imkanları” na start verdi

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir İlkin İzzət/

"Böyük İpək Yolu" "İnnovativ əməkdaşlıq imkanları" layihəsinə start verib.

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqından Trend-ə verilən məlumata görə, təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İnnovativ Əməkdaşlıq İmkanları" adlı layihəyə start verib. Layihə çərçivəsində İttifaqa üzv ölkələrdən dəvət olunmuş 10 nəfər xarici mütəxəssis Azərbaycandakı gənclər təşkilatları ilə görüşlər, seminarlar, dəyirmi masalar keçirirlər.

Əsas məqsəd gənclərin beynəlxalq səviyyədə keçirilən layihələrində iştirakını, gənclər təşkilatları arasında əməkdaşlıq sahəsində bilik və bacarıqlarını artırmaqdır. Eyni zamanda, gənclərin iştirakını artıran birgə layihələrin həyata keçirilməsi üçün potensialın artıılması, tolerantlığı gücləndirilməsi, beynəlxalq əməkdaşlıq vasitəsilə şəbəkələşmək, maariflənmək, mədəni və humanitar sahədə irəliləmək əsas prioritet istiqamətlərdir.

Qeyd edək ki, layihənin başlıca hədəfi yerli gənclərin beynəlxalq səviyyədə əməkdaşlığa daha açıq olmaq, müxtəlif mədəniyyətləri təmsil edən gənclərin iştirakı ilə keçirilən layihələrdə daha ixtisaslaşmış və təcrübəli olmaq kimi dəyişikliklərə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti