...

50-yə yaxın vergiödəyicinin Azərbaycandan getmə hüququ məhdudlaşdırıldı

Cəmiyyət Materials 20 Aprel 2015 15:24 (UTC +04:00)
2015-ci ilin 1-ci rübü ərzində Azərbaycanda ümumilikdə 56 948 vergiödəyicinin borcları tamamilə ləğv edilib, 1 aprel 2015-ci il tarixə vergiödəyicilərin ümumi sayında borclu vergiödəyicilərin xüsusi çəkisi 6,1 faiz təşkil edib.
50-yə yaxın vergiödəyicinin Azərbaycandan getmə hüququ məhdudlaşdırıldı

Azərbaycan, Bakı, 20 aprel /Trend/

2015-ci ilin 1-ci rübü ərzində Azərbaycanda ümumilikdə 56 948 vergiödəyicinin borcları tamamilə ləğv edilib, 1 aprel 2015-ci il tarixə vergiödəyicilərin ümumi sayında borclu vergiödəyicilərin xüsusi çəkisi 6,1 faiz təşkil edib.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, dövlət büdcəsinə yaranmış borcların ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən 15 668 əmlakın siyahıya alınması barədə qərar açılıb, bu qərarların 62,9 faizi borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 150,5 min manat borc məbləğini əhatə edən 236 məhkəmə qətnaməsi qəbul olunub. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 7,8 milyon manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 500 min manat borc dövlət büdcəsinə ödətdirilib, 41 vergiödəyici tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərilərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 53 fiziki şəxs üzrə 67,8 min manat məbləğində borc ləğv edilib.

Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergiödəyicinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılıb, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülüb.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 285 vergiödəyici üzrə 20,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti