...

Hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə rəsmi aydınlıq gətirildi

Cəmiyyət Materials 20 Aprel 2015 20:52 (UTC +04:00)
Bəzi hotellərdə elektrik enerjisinin dayandırılması aparılmış monitorinq nəticəsində obyektlərə verilən tələblərin icra olunmaması ilə əlaqədardır.
Hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə rəsmi aydınlıq gətirildi

Azərbaycan, Bakı, 20 aprel /Trend/

"Azərişıq" ASC bəzi hotellərdə elektrik enerjisinin dayandırılması məsələsinə aydınlıq gətirib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hotellərdə elektrik enerjisinin təftişi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilən siyahı əsasında aparılır: "Belə ki, 1-ci Avropa Oyunlarında ölkəmizə gələn qonaqlara xidmət edəcək obyektlərin daxili elektrik təchizatı sisteminin beynəlxalq standartlara cavab verməsinin monitorinqi aparılır. Bəzi hotellərdə elektrik enerjisinin dayandırılması aparılmış monitorinq nəticəsində obyektlərə verilən tələblərin icra olunmaması ilə əlaqədardır. Belə ki, elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən bəzi qüsurlar aşkarlanıb".

Qeyd olunub ki, qüsur aktları tərtib edilərək "Elektrik enerjisindən istifadə qaydaları"na əməl etməyən hotellərin administrasiyasına göstərilən qüsurların aradan qaldırılması haqqında məlumat verilib.

I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin, hotellərin, restoranların, bulvar və parkların, hətta küçələrin elektrik enerjisi təchizatı üzrə "Azərişıq" ASC-nin monitorinqi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti