Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Aprel ayında Azərbaycanın dağlıq ərazilərinə qarın yağması anomal hal hesab edilə bilməz və belə hal aprel ayı üçün xarakterikdir.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, əvvəlcədən xəbər veridliyi kimi, bu gecə ölkənin dağlıq ərazilərinə sulu qar və qar yağıb: "Bu da normaldır. Əvvəlki illərin aprel ayında da dağlıq ərazilərə qar yağıb".
G.Məmmədova bildirib ki, bu gücə Bakıda müşahidə edilən temperatur rejimi iqlim norması daxilində olub.
Xatırladaq ki, bu gecə Azərbaycanın dağlıq ərazilərinə 25 sm qalınlığında qar yağıb.