...

Afinadan isti külək: Elnurun promoturunda növbəti dayanacaq

Cəmiyyət Materials 24 Aprel 2015 11:29 (UTC +04:00)
Elnurun promotur çərçivəsində səfər etdiyi növbəti ölkə Yunanıstan oldu ki, müğənni burada çox məhsuldar bir gün keçirdi.
Afinadan isti külək: Elnurun promoturunda növbəti dayanacaq

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Elnurun promotur çərçivəsində səfər etdiyi növbəti ölkə Yunanıstan oldu ki, müğənni burada çox məhsuldar bir gün keçirdi. Trend xəbər verir ki, əvvəl o, "MAD TV" və "MAD TV Albania" üçün müsahibə verdi, sonra "Antenna TV" telekanalının səhər şousunun efirinə çıxdı, burada "Hour of the Wolf" müsabiqə mahnısını təqdim etdi və studiyada suallara cavab verdi.

Elnur Afinanın qədim küçələrini gəzmək və şəhərdən həzz almağı çox istəyirdi, ona görə də bu unikal fürsəri qaçırmamağa çalışırdı. Müğənni hətta yerli zoomağazaya baş çəkdi və öz pişiyi üçün hədiyyələr aldı. Elnur - heyvanları çox sevir və onların hüquqları üçün mübarizə aparır, ona görə də özünün ev heyvanları üçüç maraqlı bir şey tapmaq fürsəti olan kimi o, mütləq ondan yararlanmağa çalışır.

Daha sonra Elnuru növbəti müsahibələr gözləyirdi - bu dəfə "Hello! Magazine" jurnalı üçün (müsahibə zamanı foto və videoçəkilişi "Star Channel" telekanalı aparırdı), həmçinin "Virus" jurnalı və "Oikotimes.com" portalı üçün. Gün çox isti və dolğun keçdi. Yunanıstan, səmimi qəbula görə təşəkkürlər! Növbəti dayanacaq Moskvadır! Elnurun promoturu haqqında eksklüziv xəbərləri izləyin.

Elnur Hüseynov mayın 21-də "Eurovision-2015" mahnı müsabiqəsinin ikinci yarımfinalında 11 nömrə altında "Hour of the Wolf" mahnısını təqdim edərək Azərbaycanı təmsil edəcək.

Elnur barədə son xəbərləri rəsmi səhifələrdə izləyə bilərsiniz:
facebook.com/elnurhuseynovofficialaz
twitter.com/lnrhsynv
https://instagram.com/elnur.huseynovofficial/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti