...

Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirir

Cəmiyyət Materials 29 Aprel 2015 17:03 (UTC +04:00)
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı mayın 4-də saat 16:00-da abituriyentlər üçün "Açıq qapı günü" keçirəcək.
Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı günü" keçirir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı mayın 4-də saat 16:00-da abituriyentlər üçün "Açıq qapı günü" keçirəcək.

Trend-in məlumatına görə, həmin gün ali məktəbə qəbul olunmaq istəyən abituriyentlər MDU-nun Bakı filialının 2015-ci il qəbul imtahanları və şərtləri ilə tanış ola bilərlər. Abituriyentlərə filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya və iqtisadiyyat fakültələrində bakalavrların hazırlığı barədə ətraflı məlumatlar veriləcək.

"Açıq qapı günü" Bakıda Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun "Elmlər Akademiyası" stansiyasının yaxınlığında) keçiriləcək.

Əlaqə telefonları: (012) 510 96 08, (012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti