...

Praqada qala-konsert keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2015 22:19 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Çexiyada fəaliyyət göstərən Çexiya-Azərbaycan şirkətləri olan “Tern Transport Trading CZ” və “Caspian Logistic Services”in təşkilatçılığı ilə Praqada qala-konsert keçirilib.
Praqada qala-konsert keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Çexiyada fəaliyyət göstərən Çexiya-Azərbaycan şirkətləri olan "Tern Transport Trading CZ" və "Caspian Logistic Services"in təşkilatçılığı ilə Praqada qala-konsert keçirilib.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Praqanın mərkəzində möhtəşəm konsert salonlarından biri hesab edilən "Narodni Dum"un binasında təşkil edilmiş konsertdə Çexiyanın parlament və dövlət nümayəndələri, diplomatik korpusun üzvləri, habelə yerli ictimaiyyət və Azərbaycan icmasının çoxsaylı təmsilçiləri iştirak etmişdir.

Tədbirin açılışında Azərbaycan Respublikasının Çexiyadakı səfiri Fərid Şəfiyev çıxış edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün həyata keçirdiyi fəaliyyəti və müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətləri barədə məlumat vermişdir. Tədbirdə, həmçinin konsertə sponsorluq edən təşkilatların nümayəndələri Rəşad Qafarov və Zeynalabdin Zeynalov çıxış etmişlər.

Çıxışlar bitdikdən sonra Praqa Filarmoniya Orkestrinin müşayiəti ilə keçirilən qala-konsertdə çexiyalı müğənnilərlə yanaşı, Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri Faiq Sücəddinov, Azər Zeynalov, Briliant Dadaşova və başqaları Azərbaycan musiqi parçalarını ifa etmişlər.

Qala-konsert zamanı habelə ölkəmizin mədəniyyəti və incəsənəti haqqında çexiyalı məktəblilər tərəfindən hazırlanmış əl işləri və rəsm əsərlərindən ibarət stendlər konsert zalının girişində quraşdırılmış və qonaqların zövqünü oxşamışdır. Fərqlənən məktəblilər üçün sertifikatlar təqdim edilmişdir.

Tədbirə qatılmış qonaqlar üçün həmçinin Azərbaycanın milli mətbəxinin təamlarından ibarət ziyafət təqdim edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti