...

Ali məktəblərin builki qəbul planı açıqlandı

Cəmiyyət Materials 15 May 2015 12:06 (UTC +04:00)
2015-2016-cı tədris ili üzre ali məktəblərə bakalavriat səviyyəsinə tələbə qəbulu üçün 39500-ə qədər plan yeri nəzərdə tutulub.
Ali məktəblərin builki qəbul planı açıqlandı

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlhamə İsabalayeva/

2015-2016-cı tədris ili üzrə ali məktəblərə bakalavriat səviyyəsinə tələbə qəbulu üçün 39500-ə qədər plan yeri nəzərdə tutulub. Bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.

Onun sözlərinə görə, qiyabi təhsil forması üzrə plan yeri isə ümumi qəbulun 4 faizindən az təşkil edir.

Nazirlik rəsmisi bildirib ki, son illərdə qiyabi təhsil forması üzrə təhsil almaq istəyənlərin sayı azalıb. Ölkədə müəllimlik ixtisası üzrə kadr hazırlığına qoyulan ciddi tələbləri nəzərə alaraq 2015-2016-cı tədris ilində ali təhsil müəssisələrinə bu ixtisaslara qiyabi təhsil alma forması üzrə qəbul planı nəzərdə tutulmayıb.

Qiyabı təhsil alma forması üzrə tələbə qəbulunun nə zaman tam dayandırlacağına gəldikdə Y.Piriyev qeyd edib ki, gələcəkdə ali təhsil pilləsinin müəyyən ixtisasları üzrə qiyabi təhsil alma forması distant təhsil forması ilə əvəz ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti