Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/
Sabah Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Ramazan ayının başlaması ilə bağlı fətva veriləcəyi gözlənilir.
QMİ-dən Trend-ə verilən məlumata görə, iyunun 4-də QMİ Qazılar Şurası və Elmi-Dini Surasının birgə iclası keçiriləcək.
İclasda müqəddəs Ramazan ayı ilə bağlı müzakirələr aparılacaq. İclasda Ramazan ayının nə vaxt başlanması ilə bağlı Fətvanın veriləcəyi də istisna olunmur.