Müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verildi (ƏLAVƏ OLUNUB)

Müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İlkin İzzət /

Bu il Azərbaycanda miladi təqvimlə 18 iyun, hicri tarixlə Ramazan ayının birinci günü, iyunun 17-i orucluğun niyyət gecəsidir. Eydül-Fitr (Fitr Bayramı) isə iyulun 18-nə təsadüf edəcək və həmin gün ölkədə Bayram namazı qılınacaq.

Trend xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Surasının Ramazan ayının başlaması ilə bağlı iclası keçirilib. İclasda müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verilib.

Fətvada qeyd olunur: "Mübarək Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarını, o cümlədən, ölkəmizdəki müsəlman qardaş və bacılarımızı təbrik edir, Allah-taaladan ibadətlərimizin və dualarımızın qəbul olunmasını diləyirik. Ramazani-şərifin başlanması ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şurası aşağıdakıları bəyan edir:

Ramazan məqamı müsəlman dünyası üçün ilahi lütfdür, çünki Allahın Öz bəndələrinə ən böyük neməti olan Qurani-Kərim məhz bu ayda nazil olub. Müqəddəs Kitabımızda bu barədə belə buyurulur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran Quran Ramazan ayında nazil edilib" (Bəqərə, 185).

Orucluq dinimizin təməl sütunlarından biridir. Fərqli qayda və vacibatlara uyğun olaraq oruc ibadəti bütün səmavi dinlərdə Uca Yaradan tərəfindən vacib buyurulub. Qurani-Şərifdə buyurulur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz!" (Bəqərə, 183). Təsadüfi deyil ki, səhih hədislərdə orucluğun Allaha aid olduğu və mükafatının da Allah tərəfindən veriləcəyi bildirilir.

Oruc ibadəti bir çox insanlar üçün həyatlarının dönüş nöqtəsinə çevrilir, günahlardan tövbə etmələrinə və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İnsanın ruhu və cismi üçün olduqca böyük əhəmiyyəti olan orucluq insan mənəviyyatına müsbət təsir göstərən ilahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazanda ehtiyacı olanlara, uşaq evlərinə, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək, ifrata və israfa yol vermədən iftar süfrələri açmaq Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda valideynlərin, elm və fəzilət sahiblərinin xeyir-dualarını almaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, insanlar arasında barış və dostluq yaratmaq, cəmiyyətimizdə qarşılıqlı hörməti təbliğ etmək olduqca önəmlidir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrıseçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyildir. Buna görə də dindarlarımıza, bölgələrdəki qazilərə, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub-saxlanılması naminə KİV və sosial-media vasitələrində sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.

Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.

Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə 18 iyuna təsadüf edir. Eydül-Fitr - Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.

Azərbaycan hökuməti istər Qurban, istərsə Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib. Ümumən, Azərbaycanda mövcud bütün konfessiyaların dini bayramlarının dövlət rəhbəri səviyyəsində təbrik olunması ənənəsi var. Bu, dövlətimizin dini dəyərlərə ehtiram, qayğısının təzahürü, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatın vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir. Qazilər Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatın verilməsi məsləhət görülür.

QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər. Belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığımızı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.

Qazılar Şurası din xadimlərinə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.

Builki Ramazan ayı Vətənimizin həyatında böyük ictimai-siyasi əhəmiyyətli hadisə olan ilk Avropa oyunlarının keçirilməsi dövrünə təsadüf edir. Ölkənin beynəlxalq müstəvidə uğurlarından olan bu mötəbər tədbir zamanı Azərbaycana 50-yə yaxın dövlətin nümayəndələri, müxtəlif mədəniyyətlərin təmsilçiləri təşrif buyuracaq. Azərbaycan dövlətinin iqtisadi, siyasi, sosial sahədə nailiyyətlərilə yanaşı, dünyaya örnək sayılan tolerantlıq və multikulturalizm sahəsində uğurlarını, dini-mənəvi dəyərlərə ehtiram və qayğısını əyani şəkildə nümayiş etdirmək üçün xoş fürsət olacaq. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa Oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər. Bu, ümummilli əhəmiyyətli işdə din xadimlərimizi fəal vətəndaş mövqeyi, vətənpərvərlik, təəssübkeşlik nümayiş etdirməyə, həmçinin, Azərbaycanda təmsil olunan ənənəvi konfessiya nümayəndələrini də bu işdə fəallıq göstərməyə çağırırıq.

Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz Allah-Təaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən dövlət rəhbərimiz İlham Əliyev cənablarına xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin!

Müsəlman qardaş və bacılarımızı mübarək Ramazanın gəlişi münasibətilə bir daha təbrik edir, müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətlərimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən təvəqqe edirik!

Allah oruc və namazlarınızı qəbul etsin! Amin!"

İclasda QMİ sədri Allahşükür Paşazadə bildirib ki, müqəddəs Ramazan ayı iyunun 18-də başlayacaq. Amma hər kəs istəsə, ehtiyat olaraq bir gün əvvəldən də oruc tuta bilər.

A.Paşazadə Ramazan bayramının vaxtı ilə də bağlı fikirlərini açıqlayıb: "Bayram vaxtı ay iyulun 18-də yox, bir gün qabaq görünsə, yəni 17-i və ya 16-da görünsə, o zaman xalqa xəbər veriləcək. Amma bu gün AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası belə rəy verib. Ona görə də bayram iyulun 18-nə təyin olunub. Kim də bunu pozarsa, cəzalanacaq".

Şeyx həmçinin fitr-zəkatla bağlı tövsiyələrini də bildirib: "Qazılar Şurasının qərarına görə, Fitr Bayramında fitrə zəkatın adambaşına 5-10 manat verilməsi müəyyən edilib. Amma kimin imkanı varsa, onlar daha çox ayıra bilərlər".

C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
Loading Bars
Xəbər lenti
Azərbaycanda bu il qaz hasilatının əsas artımı "Şahdəniz" yatağının payına düşəcək
C.Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib
“Can Azərbaycan” Respublika yaradıcılıq müsabiqəsinin yekun virtual sərgisi keçiriləcək
Azərbaycanın xarici ticarət dövriyyəsi 6,5 milyard dolları ötüb
Bu il 395 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Tələbələr hansı hallarda ali məktəbdən xaric ediləcək? - Yeni qanun layihəsi
Təhsil kreditləri BU QAYDADA veriləcək
Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan layihə üzrə işlər barədə məlumat açıqlanıb
Azərbaycan Prezidentinin ADA Universitetində keçirilmiş beynəlxalq konfransdakı çıxışı dünya mediasının gündəmində
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın əsaslı investisiya yatırıb
Şəmkirdə ev yanıb
Bir neçə kafe və restoranda kobud pozuntular aşkarlanıb - SİYAHI
Gədəbəydə çörək sexində nöqsanlar aşkarlandı (FOTO)
Azərbaycan neft məhsullarının ixracını artırıb
“Din və ideoloji təhlükəsizlik” kitabının onlayn təqdimatı keçirilib (FOTO)
"Əsas Məsələ”də Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar müzakirə olunub (VİDEO)
İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bakı sakini qohumunun evindən 70 min manat oğurladı (FOTO/VİDEO)
Ağdam rayonunun İsmayılbəyli kəndi (FOTO/VİDEO)
Makronun səfər etdiyi şəhərdə atışma olub - Yaralanan var
Ermənistan kommunikasiya xətlərinin açılmasını ləngidir - Deputat
Ağdamda məscidlərin dağıdılmasını görmək üzücüdür - İsrailli jurnalist (VİDEO)
Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək
Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi
Erməni vəhşiliklərinin tayı-bərabəri yoxdur - Arye Qut (VİDEO)
Qaradağ və Nəsimidə qaz xətləri yenilənir (FOTO)
Ermənistan radioaktiv maddələrdən təhdid kimi istifadə edir - Arzu Nağıyev
Azərbaycan və Belarus 9 milyon dollarlıq müqavilə imzalayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Şirvanda əməliyyat keçirilib: 4 nəfər saxlanılıb (FOTO/VİDEO)
Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib
“AccessBank”dan yeni əmanətçilərə bonus hədiyyə!
“Enerji təminatı məsələləri” üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdığı iki məscidi ziyarət ediblər - Trend TV-nin REPORTAJI
"YAŞAT" Fondu daha bir şəhid anası və qazinin əməliyyat xərclərini ödədi (FOTO)
Bakıda evdən külli miqdarda pul oğurlayan narkotik alverçiləri saxlanıldı (FOTO/VİDEO)
Vaksin bizi koronavirusu ağır keçirməkdən və ölüm hallarından qoruyur – Rəşad Mahmudov
Saatlıda reyd: 18 sürücü məsuliyyətə cəb edilib (FOTO)
Prezident İlham Əliyev azad edilən ərazilərin elektrik təchizatı ilə maraqlanıb
İsmayıllıda yol polisi reyd keçirib (FOTO)
NASA Marsda pilotsuz helikopterin uçuşunu həyata keçirdi (FOTO)
Nizami adına mədəniyyət və istirahət parkında abadlıq işləri həyata keçiriləcək - SƏRƏNCAM
Türk Şurasının yüksək vəzifəli nümayəndələri “ASAN xidmət”də olublar (FOTO)
Ermənistanın İsraildəki səfirinə qarşı ittiham irəli sürülüb
Bu il prokurorluqda 577 cinayət işi icrata götürülüb
Tovuzda birmərtəbəli tikili yanıb
Xəzərdə reyd - 4 gəmi istifadəçisi məsuliyyətə cəlb olundu (VİDEO)
Heydər Əliyev Mükafatı Komissiyasının tərkibində dəyişiklik edilib - Sərəncam
İranda sutka ərzində 24 min nəfər koronavirusa yoluxub, 398 nəfər ölüb
Fransa şirkəti SOCAR-ın neft-kimya kompleksinin təmirini başa çatdırıb
İran parlamenti işini 2 həftəlik dayandırır
Prezident İlham Əliyev azad edilmiş ərazilərin su ehtiyatlarından səmərəli istifadə ilə bağlı sərəncam imzalayıb
Samuxda yanğın olub, 2 nəfər xəsarət alıb
Avtobus sürücülərinə peyvənd vurulur (FOTO)
Azərbaycanda büdcə kəsiri azalacaq - BVF
Azərbaycanın bir neçə ölkədə yeni səfirləri təyin edilib - SƏRƏNCAM (YENİLƏNİB)
Anar Məhərrəmov səfir vəzifəsindən geri çağırıldı
Ramiz Həsənov Azərbaycanın İspaniyada yeni səfiri təyin edilib (YENİLƏNİB)
Azərbaycanda insan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib
“Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası hazırlanacaq - İşçi qrup yaradıldı (SƏRƏNCAM)
Sabah 30 dərəcəyədək isti olacaq
Azərbaycanla Pakistan arasında daha bir saziş təsdiqlənib
Rusiyada koronavirusun iki yeni forması tapılıb
Azərbaycan-İran sərhədində atışma: 1 nəfər yaralanıb - DSX (FOTO)
"Karvan-L" şirkətlər qrupu orqanik pomidorun istehsalına davam edir (FOTO)
Füzulidə xeyli silah-sursat aşkarlanıb (VİDEO)
Ceyhun Bayramov Misirə başsağlığı verib
Qaxda qanunsuz ovla məşğul olanlar saxlanılıb
Yaponiyanın NEXI şirkəti ilə İqtisadiyyat Nazirliyi Anlaşma Memorandumu imzalayıb
Mədəniyyət Nazirliyində yeni komissiya yaradıldı
Cəbrayıl rayonunun Mehdili kəndi (VİDEO)
"MOL Group" "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb
İran Azərbaycanla preferensial ticarət müzakirələrini davam etdirir
Ermənistanda hərbi xidmət üçün yaş həddi artırılıb
Xaçmazda mağazadan oğurluğa cəhd edən dəstə yaxalandı
Neftçalada su qıtlığını aradan qaldırmaq üçün yeni layihə icra olunacaq
Daha bir vəzifəli şəxs rüşvət alarkən yaxalandı
QHT-lərə Dövlət Dəstəyi Agentliyi publik hüquqi şəxs yaradılıb - Fərman
Şanlı qəhrəmanlıq salnaməsi
Şamaxıda ilk dəfə çörəkotu əkininə başlanıb (FOTO)
Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Saatlıda yas mərasimi dayandırılıb
İrəvanın yeganə nicat yolu Bakı və Ankaradan keçir - Deputat
Azərbaycan Dillər Universitetində Çin dili günü qeyd olunub
Bakı Limanının yük dövriyyəsi artıb
Qusarda əkin sahələrinin suvarılması üçün işlər görülür
Qarabağda Belarus aqroşəhərciklərinin tikintisi nəzərdə tutulur
Ötən gün 23 yanğın olub, 1 nəfərin meyiti çıxarılıb - Əməliyyat görüntüləri (VİDEO)
Düşmən elə tələlər qurub ki, bəzən minatəmizləyənlər də ağır yaralanır – Trend TV-nin REPORTAJI
Türkiyənin yeni səfiri Azərbaycana gəlir (FOTO)
“ƏDV geri al” çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb
Rusiyada peyvənddən sonra anticisimləri müəyyənləşdirən ekspres test hazırlanıb
Cəlilabadda yaşayış yerini tərk edən COVID-19 xəstəsi saxlanılıb
Göyçayda əməliyyat - Rüşvət alan vəzifəli şəxslər həbs edildi
"Din və ideoloji təhlükəsizlik" kitabının online təqdimatı keçirilir
Ağcabədi-Xocavənd yolunda işlər yekunlaşmaq üzrədir (FOTO)
Daha 146 şəhid və qazi ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
Sabah Milli Məclidə komitələrin birgə iclası keçiriləcək
Azərbaycanda qızıl bahalaşır
Bütün xəbərlər