...

IDEA Gənclər Fondu ilə ekologiya sahəsində əməkdaşlığa start verdi

Cəmiyyət Materials 5 İyun 2015 11:37 (UTC +04:00)
IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə ekologiya sahəsində birgə əməkdaşlığa start verib.
IDEA Gənclər Fondu ilə ekologiya sahəsində əməkdaşlığa start verdi

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir İlkin İzzət/

IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə ekologiya sahəsində birgə əməkdaşlığa start verib.

IDEA-dan Trend-ə verilən məlumata görə, bu əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə iyunun 5-də tərəflər arasında Əməkdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə, tullantıların idarə olunması, meydana gələn ekoloji çağırışlarla mübarizə, biomüxtəlifliyin qorunması, davamlı inkişafın təşviqi, ekoloji məsuliyyətin təbliği, ekoloji qiymətləndirmələrin həyata keçirilməsi kimi sahələrdə əməkdaşlıq və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Məlum olduğu kimi, IDEA İctimai Birliyi 2011-ci ildə ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ətraf mühit problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədilə təsis edilib. Bu dövrdən etibarən IDEA ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahələrində gənclərin geniş kütlələrinin iştirakı ilə mühüm milli və regional layihələr həyata keçirib, beynəlxalq tədbirlər təşkil edib və bu sahədə fəaliyyət göstərən milli və beynəlxalq strukturlar ilə əməkdaşlıq əlaqələri qurub.

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Əsasnaməsi"ndə gənclərin ekoloji maarifləndirilməsi məqsədi ilə onlar arasında müxtəlif tədbirlər, o cümlədən təlim və tətbiqi layihələrin həyata keçirilməsi Gənclər Fondunun əsas vəzifələrindən biri kimi müəyyən olunub. IDEA və Gənclər Fondu arasında qurulacaq əməkdaşlıq əlaqələri bu vəzifənin həyata keçirilməsi məqsədinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti