...

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Cəmiyyət Materials 9 İyun 2015 13:09 (UTC +04:00)
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə bildirilib ki, iyunun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, Cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20, gündüz 28-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 10-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti