...

"The Azerbaijani Kitchen” kulinariya kitabı beynəlxalq müsabiqənin qalibi oldu

Cəmiyyət Materials 10 İyun 2015 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Çinin Yantay şəhərində keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsində Azərbaycanın "The Azerbaijani Kitchen" kulinariya kitabı "Ən yaxşı Şərqi Avropa Mətbəx Kitabı" nominasiyasında qalib gələrək 1-ci yer tutub.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 9-da tədbirdə Azərbaycan tərəfini kitabın müəllifləri Tahir Əmiraslanov və Leyla Rəhmanova təmsil edıblər.

Kitab Azərbaycanın milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın Saqi Books nəşriyyatı tərəfindən nəşr olunub və beynəlxalq səviyyədə keçirilən "Gourmand World Cookbook Awards" müsabiqəsi çərçivəsində bir neçə mərhələdən sonra final mərhələsinə keçib.

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə "The Azerbaijani Kitchen" kulinariya kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olub. Bunlar Rusiya təmsilçisi Stalik Xankişiyevin "Kaзaн. Кулинарный самоучитель (Узбекистан, Россия, Азербайджан)", ABŞ təmsilçisi Fəridə Buyuranın "Pomegranates and Saffron (A culinary journey to Azerbaijan)" və İran təmsilçisi Samira Jannatdostun "Samira's İnternational Cookbook " kitablarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti