...

Azərbaycanın bəzi yerlərinə dolu yağacaq

Cəmiyyət Materials 12 İyun 2015 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək, arabir güclənən şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlıq və dağətəyi rayonlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti