...

İyunun 16-da növbəti buraxılış imtahanları keçiriləcək

Cəmiyyət Materials 14 İyun 2015 21:01 (UTC +04:00)
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.
İyunun 16-da növbəti buraxılış imtahanları keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da respublikanın bir sıra rayon və şəhərlərində, o cümlədən Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda iştirak edəcək şagirdlərə "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- "İmtahana buraxılış vərəqəsi";

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

- Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

- əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- 16 yaşı 2015-ci il mayın 1-dək tamam olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanların idarə olunmasına ümumilikdə 219 imtahan rəhbəri, 1798 nəzarətçi-müəllim ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti