...

Ekologiya Nazirliyindən meteohəssas insanlara xəbərdarlıq

Cəmiyyət Materials 16 İyun 2015 12:43 (UTC +04:00)
İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Ekologiya Nazirliyindən meteohəssas insanlara xəbərdarlıq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

İyunun 17-18-də Bakıda və Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, günorta saatlarında isti temperatur diskomfortu bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, iyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 17-də bəzi yerlərdə rayonlarında şimşək çaxacaq, qısa müddətli yağış yağacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 19-24 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti