...

Dağlıq Qarabağ münaqişəsini işıqlandırmış tanınmış latviyalı jurnalistin məzarı ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 25 İyun 2015 11:39 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsini obyektiv işıqlandıran tanınmış latviyalı jurnalist Modris Auzinşin məzarı ziyarət olunub.
Dağlıq Qarabağ münaqişəsini işıqlandırmış tanınmış latviyalı jurnalistin məzarı ziyarət olunub (FOTO)

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Dağlıq Qarabağ münaqişəsini obyektiv işıqlandıran tanınmış latviyalı jurnalist Modris Auzinşin məzarı ziyarət olunub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev postsovet ölkələrində baş verən konfilikt bölgələrindən, münaqişə ocaqlarından obyektiv informasiyanın dünyaya yayılması istiqamətində illərlə çalışmış, əslən Litvalı olan BAMF-ın Litva təmsilçısı, fotojurnalist Riçard Lapaytis ilə birgə BAMF-ın fəaliyyətində əvəzsiz xidmətləri olmuş, Latviyanın tanınmış ictimai xadimlərindən olan, yazıçı Modris Auzinşin Riqada yerləşən məzarını ziyarət edib.

BAMF-dən Trend-ə verilən məlumata görə, ziyarətdə yazıçı Larisa Rixtir, Beynəlxalq ictimai qeyri-hökümət təşkilatı olan Baltik Forumunun icraçı direktoru Aleksandr Vasilyev, Modris Auzinşin xanımı Larisa və oğlu Krist də iştirak edib. Ziyarət zamanı BAMF-ın sədri Umud Mirzəyev mərhumun konfilikt bölgələrindəki gördüyü işlərə ehtiram əlaməti olaraq Bakıdan apardığı 100 ədəd qərənfili Modris Auzinşin qəbri üzərinə qoyub.

Qeyd etmək lazımdır ki, BAMF-ın fəaliyyətində əvəzsiz xidmətləri olan Modris Auzinşin 80-ci illərin sonlarından başlayaraq Post-Sovet məkanında baş verən konfilikt bölgələrinin əksəriyyətinə çoxsaylı səfərləri olub.

Modris Auzinş 1997-ci ildə Sankt Peterburqda Avropadan, Post-Sovet məkanından, Baltikyanı ölkələrindən tanınmış ekspertlərin, ictimai xadimlərin iştirak etdiyi "Milli məsələ və qaçqınların problemləri" mövzusunda keçirilən beynəlxalq konfransın əsas təşkilatçılarından biri olub. Çıxışlarında Dağlıq Qarabağ probleminin daha geniş konfiliktlərə yol açmaması üçün bu münaqişənin vaxtında və ədalətli həllinə dair müxtəlif çağırışlar edib və öz çıxışlarında erməni seperatizminin təkcə Dağlıq Qarabağ üçün deyil, bütün region üçün böyük təhlükə olduğunu vurğulayıb.

O, Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin əleyhinə olmaqla, Dağlıq Qarabağın işğalı, məcburi köçkünlərin ağır yaşayış tərzi, eyni zamanda milli münaqişə ocaqlarından xalqların əziyyət çəkməsi faktlarını, sülhü və dondurulmuş münaqişələrin həllində həmrəyliyin vacibliyinin beynəlxalq arenaya çatdırılmasında ciddi işlər görüb. Modris Auzinş Kommersant, Yauna Aviza və eyni zamanda Baltikyanı regionda nəşr edilən çox tirajlı qəzetlərdə aparıcı yazar-jurnalistlərdən biri idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti