...

Müəllim işləmək istəyənlər üçün ərizə qəbulu başlayır

Cəmiyyət Materials 30 İyun 2015 16:48 (UTC +04:00)
Sabahdan Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrlarının işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.
Müəllim işləmək istəyənlər üçün ərizə qəbulu başlayır

Azərbaycan, Bakı, 30 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Sabahdan Azərbaycanda Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müddətsiz müqavilə əsasında ixtisaslı müəllim kadrlarının işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılır.

Nazirlikdən Trend-ə verilən məlumata görə, ərizələrin qeydiyyatı 1-15 iyul tarixlərində həyata keçiriləcək.

İşə qəbul üçün müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytına, eləcə də www.edu.gov.az saytında "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olaraq, müsabiqə barədə məlumatlarla tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar.

Bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91 faizi) Azərbaycan bölməsi, 309-u (9 faizi) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 faiz), ibtidai sinif (440 yer, 13 faiz), biologiya (387 yer, 11 faiz), fizika (359 yer, 10 faiz) və coğrafiya (341 yer, 10 faiz) fənləri üzrə elan edilib. Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13 faiz), Cəlilabad rayonu (205 yer, 6 faiz), Lerik rayonu (202 yer, 6 faiz), Laçın rayonu (197 yer, 6 faiz) və Quba rayonunun (184 yer, 5 faiz) ümumi təhsil müəssisələrindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti